ABŞ bu ölkələrdən gizli agentlərini geri çağırır

9

Amerika Birləşmiş Ştatları İŞİD terror qruplaşmasının daxilinə sızdırdığı kəşfiyyat üzvlərini geri çağırıb.

Publika.az xəbər verir ki, keçən həftə Deyrezzor ərazisindəki agentlərini geri götürən ABŞ federal agentliyi dünən də İraqın Havis qəsəbəsindəki üzvlərini təhlükəsiz bölgələrə daşıyıb.

Amerika agentlərini havadan apardığı əməliyyatlar sayəsində güvənli şəkildə toplayır.

ABŞ-ın kəşfiyyat məqsədilə agent göndərdiyi daha bir bölgə isə Mosul şəhəri idi. Mosul terrorçulardan təmizləndikdən sonra ABŞ hərbi helikopterlərinin şəhərə gəldiyi və İŞİD əsgərlərindən bir neçəsini apardığı bildirilmişdi. Şəhər azad edildikdən sonra həmin əsgərlərin əslində, ABŞ kəşfiyyat agentləri olduğu ortaya çıxarıldı.

Qeyd edək ki, ABŞ rəhbərliyi altında Suriya və İraqda agentlik fəaliyyəti göstərənlər Tunis, Küveyt kimi ölkələrdən gələn miqrantlardır. Həmin gizli agentlər sayəsində koalisiya qüvvələri İŞİD-in onlarla hərbi əməliyyatının qarşısını alaraq ona qalib gəlib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here