Alim Qasımov nəvəsi ilə səhnədə (VİDEO)

5

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova atasının 60 illik yubileyi münasibətilə konsert verib.

“Lider Maqazin” konsert zamanı baş verənləri lentə alıb. Bu dəfə tamaşaçılar sırasında əyləşən A.Qasımov daha sonra qızını uğurlu konsert münasibətilə təbrik edib:

“Fərqanəni kənardan izləməməşidim. Fərqanə xanım bu gecə mənə o qədər ürək-dirək verdi ki, əhsən deyirəm. Fərqanəyə canım, həyatım hətta yerim də qurbandır”.

Heydər Əliyev adına Sarayda keçirilən konsertdə Alim Qasımov səhnəyə 3 yaşlı nəvəsi ilə çıxaraq muğam ifa edib.

Qeyd edək ki, konsertin dirijoru Rüstəm Zeynallı olub.

/”Qaynarinfo”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here