ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı bəyanat verib

5

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Brüsseldəki görüşü ilə bağlı bəyanat verib.

Trend bu barədə təşkilata istinadən məlumat verir.

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland iyulun 11-i Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşüb və Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gələcək addımları müzakirə edib.

Bəyanatda deyilir ki, görüşdə həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Acney Kaspşik iştirak edib.

Nazirlər öz prezidentlərinə həmsədrlərin bu ilin sonunadək yüksək səviyyəli görüşün keçirilməsi ilə bağlı təklifini çatdırmağa razılıq verib. Həmsədrlər prezidentlərin görüşünün təşkil edilməsində yardım təklif edib.

Bəyanatda həmçinin qeyd edilir ki, görüş zamanı təmas xəttindəki son durum da müzakirə edilib.

Bəyanatada bildirilir ki, nazirlər və həmsədrlər sentyabr ayında Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının 72-ci sessiyasının kuluarlarında yenidən görüşmək barədə razılaşıblar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here