Avstriya Bakıda azad ticarət zonasına böyük maraq göstərir

6

Avstriya şirkətləri Bakının Ələt qəsəbəsində yaradılan azad ticarət zonasına böyük maraq göstərirlər. Bunu Trend-ə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov deyib.

Diplomat bildirib ki, avstriyalı biznesmenlərin hazırda Azərbaycanda daha çox sərmayə yatırmaq istədikləri sahələr nəqliyyat sektoru, xüsusən Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır.

Səfirin sözlərinə görə, Avstriya şirkətləri eləcə də turizm sahəsində əməkdaşlıqda maraqlıdırlar.

Q.İsrafilov deyib: “Avstriyanın biznes-dairələrinin nümayəndələri eləcə də Azərbaycanda aqrar sektora da sərmayə yatırmaq istərdilər”.

Azərbaycan sərmayələrinin Avstriyaya yatırılmasından danışan səfir bu sərmayələrin əsasən turizm sektoruna yatırıldığını qeyd edib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, Azərbaycan və Avstriya arasında mal dövriyyəsi 2017-ci ildə 59,9 milyon dollar təşkil edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here