Azərbaycana güclü hücum. Səfirlik ittihamlara cavab verir

7

Dünən Azərbaycanın Bolqarıstandakı səfirliyi bəyanatla çıxış edərək, Bolqarıstan kütləvi informasiya vasitələrində guya Azərbaycanın diplomatik təyyarələri ilə Suriyaya silah daşınması ilə bağlı dərc olunmuş yazılara cavab verib. Bəyanatı həmin ölkənin FOCUS agentliyi yayımlayıb.

Öz şərhində Azərbaycan Respublikasının səfirliyi bildirir ki, səfirliyin İT-resursları haker hücumlarına məruz qalıb. Bu yaxınlarda baş vermiş həmin hadisə Azərbaycan Respublikasına, o cümlədən Xarici İşlər Nazirliyinə və onun onlayn-resurslarına kiberhücumlar seriyasından daha biri olub.

Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanları bu haker hücumunu araşdırır. Həmin haker hücumu ilə əlaqədar KİV tərəfindən əsassız ittihamların səslənməsi və hadisənin törədildiyi tarix təsadüfi deyil və Azərbaycan Respublikasına qarşı bu hücumun mənbəyi və ilhamvericiləri barədə məlumat verə bilər.

Bu haker hücumu bir daha nümayiş etdirdi ki, kibercinayətkarlıqla mübarizədə dövlətlər, beynəlxalq təşkilatlar və özəl sektor arasında əməkdaşlıq son dərəcə zəruridir və buraya o cümlədən bu cür cinayətlərin həm daxili, həm də beynəlxalq səviyyədə təhqiqatların və cinayət təhqiqatlarının aparılması daxildir. Azərbaycan səfirliyi gözləyir ki, qəbul edən tərəf kimi və Azərbaycan səfirliyi tərəfindən internet-provayder xidmətləri istifadə edilən Bolqarıstan Respublikası bu məqsədə çatmaq üçün tam həcmdə əməkdaşlıq edəcək.

O ki qaldı mətbuatın Azərbaycanın “Silk Way” nəqliyyat aviaşirkətinin əməliyyatları barədə bəyanatlarına, səfirlik bu əsassız gümanları rədd edir. “Silk Way” aviaşirkəti Azərbaycanın yük daşımalarının maddi-texniki təchizatı sahəsində aparıcı qurumdur və bütün dünya üzrə özünün etibarlı, effektiv və şəffaf əməliyyatlarına görə beynəlxalq nüfuza malikdir, öz fəaliyyətini tamamilə İATA və İCAO beynəlxalq təşkilatlarının qaydalarına uyğun qurur.

Şərhdə bildirilir ki, özünü yaxşı tərəfdən doğrultmuş beynəlxalq təcrübəyə əsasən, təhlükəli yüklərin aviadaşıyıcıları silah üzərində nəzarət rejiminə və İATA və İCAO-nun qaydalarına riayət edirlər. Bununla birlikdə, onlar göndərən və qəbul edən ölkələrdən, həmçinin hava məkanını keçdikləri ölkələrdən diplomatik icazələr alır. Bu hallarda müvafiq yüklər barədə ətraflı məlumat diplomatik kanallarla təqdim olunur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here