Azərbaycanda oyunbazların sayı kəskin artdı…

6

“İnfinity Games” ötən günlərdə ictimaiyyətə təqdim etdiyi oyun portalı “TAM Game” və bütün dünyada 45 milyon oyunçusu olan “Echo Of Soul” oyununu ərəb dilinə tərcümə edərək bütün Yaxın Şərq və Şimali Afrika ölkələrində istifadəçi bazarını ələ keçirmək niyyətindədir. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, oyunçu sayının artması ilə böyüyən bazar Orta Şərq, Şimali Afrika ölkələri və Azərbaycanda da oyun xidməti ixracını canlandırıb.

“İnfinity Games” şirkətinin Marketinq direktoru Dəniz Fırat bildirib ki, uzun zamandır üzərində çalışdıqları texniki məsələlərin həllindən sonra istifadəyə verilən “TAM Game” oyun portalında qeydə alınan ümumi istifadəçi sayı 3,5 milyonu keçib: “Bu bazarda Azərbaycan, Orta Şərq və Şimal Afrika ölkələri böyük əhəmiyyət daşıyır. 2017-ci ildə bazarının ümumi həcmi 500 milyon dolları aşması gözlənilən Azərbaycan, Orta Şərq və Şimal Afrika ölkələrində qeydiyyatçı sayının 13 faiz, ərəbcə xidmət etdiyimiz EOS oyun üçün isə 30 faizə qalxacağı gözlənilir. Təklif etdiyimiz online oyunlar həm də bir ixrac parametri olaraq ölkə iqtisadiyyatına töhfə verir”, – deyə D.Fırat bildirib.

“İnfinity Games”in Regional direktoru Heon Young Park isə Türkiyə, Azərbaycan, Orta Şərq və Şimal Afrika ölkələrində oyun bazarını genişləndirmək üçün indiyə qədər yalnız ən yaxşı oyunları təklif etdiklərini qeyd edib: “Çox yüksək kompüter təchizatı tələb etmədən keyfiyyətli görüntü və üstün oyun təqdim etmək üçün “Echo of Soul”u seçdik. Digər iki oyunumuz “Point Blank” və “Playerunknowns Battlegrounds”un müvəffəqiyyətlərindən sonra “Echo of Soul”un da uğur qazanacağını düşünürük”, – deyə Regional direktor qeyd edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here