Azərbaycanda yükdaşıma qiymətləri 12 faizdən çox artıb

2

Azərbaycanda 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin iyun ayında may ayına nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri 0,1 faiz, o cümlədən avtomobil nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 3,1 faiz, boru kəməri nəqliyyatı ilə neftin nəql olunma qiyməti 0,3 faiz azalıb, dəniz nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri isə 0,1 faiz artıb.

Qazın nəql olunma qiyməti, dəmiryol nəqliyyatında ölkədaxili və ölkələrarası yükdaşıma qiymətləri, hava nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri və avtomobil nəqliyyatında ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here