Azərbaycanın peyki bu ölkələrə xidmət göstərəcək

5

Azərbaycanın “Azərkosmos” ASC peyk operatoru Gürcüstan, Qırğızıstan və Moldova vətəndaşları üçün ““Azersky” İstifadəçilər qrupu” layihəsini işə salıb.

Trend bu barədə şirkətə istinadən məlumat verir. Layihə bu ölkələrin elmi-tədqiqat institutlarına, universitetlərinə, eləcə də alimlərə, tələbələrə, tədqiqatçılara və elmi araşdırmalarla məşğul olan şəxslərə aşağı orbitli peyklərdən alınan görüntülərin keyfiyyətini qiymətləndirməyə imkan verəcək.

İştirakçılar öz layihələrinin 2017-ci il iyun ayının 20-dək təqdim edə bilər. “Azərkosmos” seçilmiş layihələr üçün Azersky/SPOT6 peykindən görüntüləri təqdim edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here