Çempionlar Liqasının oyununu azərbaycanlı hakimlər idarə edəcək

3

Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Norveç “Rusenborq”u ilə İrlandiya “Dandolk”u arasında keçiriləcək cavab görüşü azərbaycanlı hakimlər briqadasına həvalə olunub.

AFFA-nın rəsmi saytında bildirildiyinə görə, qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, oyun iyulun 18-i və ya 19-da keçiriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here