“CHAARGO” portmaneti cihazları məsafədən enerji ilə dolduracaq

2

Cari ilin iyulunda təqdim ediləcək “CHAARGO” adlı qeyri-adi simsiz enerjidoldurma qurğusu cihazların şarj problemini həll edəcək. “CHAARGO” – bu, portmanet formasında 4000 milliamper/saat tutuma malik nazik enerjidoldurma qurğusudur. Cihazı enerji ilə doldurmaq üçün onu portmanetin üzərinə qoymaq kifayətdir.

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, “CHAARGO” qurğusu dəri/alüminium kombinasiyasından hazırlanıb və “Qi 1.2” sürətli simsiz enerjidoldurma  standartını dəstəkləyir. Enerjidoldurma qurğusu 2,1 amper gücündə adapter və “USB-C” kabellə enerji toplayır. Batareyanın statusu rəngli LED indikatorla əks olunur.

Portmanet formasında hazırlanmış “CHAARGO” qurğusu aşağıdakı hissələrdən ibarətdir:

·         Pul üçün yer;
·         Sikkələr üçün cib;
·         Kartlar üçün 3 ədəd böyük yer.

Portmanetin fiziki ölçüləri 115x95x15 mm, çəkisi isə 205 qr-dır.

Telefon simsiz enerjidoldurmanı dəstəkləyirsə, narahatçılığa heç bir əsas yoxdur. Aparatı portmanetin üzərinə qoyduqdan sonra o, enerji toplamağa başlayacaq. Dəstəklənən telefonların siyahısı aşağıda göstərilib:

“CHAARGO” portmanetinin pərakəndə qiyməti 75 funt təşkil edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here