Depressiyadan çıxmağın 10 yolu

9

Hazırda dəbdə olan bir çox xəstəliklər var. Sellülit, frigidlik, anoreksiya, xroniki yorğunluq və kompüter asılılığı… Hələ bu yaxınlaradək həkimlərin bu xəstəliklərin varlığından xəbərləri belə yox idi. Üstəlik, belə insanları müalicə etmək haqqında düşünmürdülər də. Lakin depressiya – bax bu, başqa məsələdir.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, depressiyadan əziyyət çəkmək də hazırda dəbdədir və bu dəb keçmir. Məsələn, Puşkinin məşhur Onegini və gənc xanımlar, sevgi əzabları, niskinlik, küskünlük, bu qəbildən idi. Həm də bu hissləri başqaları ilə paylaşa bilməmək daha çox dərd veriri, özünəqapanma yaradırdı. Bütün bunlar dərin depressiyaya səbəb olurdu. Lakin hazırda sürətli inkişaf nəticəsində mətbuat və sosial şəbəkələrdə belə problemlər paylaşılır, müzakirə obyektinə çevrilir ki, bu da öz növbəsində bu xəstəlikdən müalicəyə yardım edir.

Depresiyaya düşməyin bir çox səbəbləri var. bu səbəblərin ən başlıcası ailə daxilində baş verən anlaşılmamazlıq, mütəmadi baş verən dava-şava, yersiz qısqanclıqlar, qadın kaprizləri və ən nəhayət kütləvi xarakter alan social problemlərdir.

Depressiyayla mübarizədə ən böyük yardım ətrafınızın dəstəyidir. Ancaq hər kəsin stresslə mübarizə aparmaq yolu fərqlidir. Bəzi insanlar bu zaman emosional olaraq özlərinə qapanırlar və onlarda depressiya inkişaf etməyə başlayır. İnsanı depressiyaya salan hadisələr müxtəlif cürdür. Deyək ki, ailədə insana yaxın şəxsin həyatdan köçməsi, dostunun və ya ev heyvanının ölümü, işin və ya biznesin itirilməsi, qəlbinin qırılması, boşanma, övlad sahibi ola biləməmək, mənəvi və ya psixi travma, həyati təhlükəsi olan bir xəstəliyə yoluxmaq, hormonal dəyişiklik, spirtli içkilərdən asılılıq, ağır travma sonrası stress, problemli uşaqlıq və s. kimi saysız səbəblər. Bu hadisələr hər kəsə müxtəlif cür təsir edə bilər.

Bu xoşagəlməz kilinik hissdən azad olmaq üçün öncə onun əlamətlərini müəyyən etmək lazımdır. Depressiyanın bu kimi əlamətləri mövcüddur: kədər, ümidsizlik, lazımsızlıq. Bu hal insanın işinə və əmək qabiliyyətinə, eyni zamanda şəxsi həyatına neqativ təsir göstərir. İnsan ölüm və intihar haqqında fikirləşməyə başlayır.

Depressiyadan qurtulmaq üçün  sevdiyin insanlarla dərdlərini çölüşmək yaxşı nəticə verir. Belə söbətlər bəzən köməksizlik və kədər hissini sıradan çıxarır. Özünə güvən hissini artırır. Hisslərinizi içinizdə saxlamayın. Bu hissələrin sizi rahat buraxmasını istəyirsinizsə, onları sizi başa düşən və  dəstək olacaq insanla bölüşməyə çalışın. Bəzən yaxın birinin çiynində ağlamaq içinizdəki mənəvi ağrının sağalmasını tezləşdirir.
Evinizə və ya işinizə tam qapanmayın. Hətta bunu istəməsəniz belə, gəzməyə çıxın, idmanla məşğul olun və ya hər hansı bir klubun üzvü olun. Fiziki məşğuliyyət depresiyadan azad olmaq üçün ən yaxşı yollardan biridir. Boş durmayın. Evinizi təmizləyin, yeni hobbi seçin və ya gündəlik rejiminizdən kənara çıxan digər bir məşğuliyyət tapın. Spirtli içki və narkotik vasitələrdən uzaq durun. Onlar sizin depressiv vəziyyətinizi ağırlaşdıracaq və həyatınızda daha ağır başqa problemlərin yaranmasına səbəb olacaq. Sağlam qida məhsullarından istifadə edin və yaxşı yatın. Egər yatmaqda çətinlik çəkirsinizsə, sakit bir musiqi dinləyin və ya kitab oxuyun. Depresiyadan azad olmağın əsas yolu probleminizlə üzləşməkdir. Problemlərdən qaçmağınız vəziyyəti daha da pisləşdirəcək. Əgər sizi narahat edən məsələni bilirsinizsə, onu düzəltmək üçün müəyyən addımlar atın. Bunları etsəniz, həyatınız daha da asanlaşacaq.

Depressiyadan xilas olmağın 10 yolu

  1. Depressiya ilə mübarizə  aparmaq üçün 24 saatlıq yataq istirahətinə başlayın. Heç bir işlə məşğul olmayın. Heç kimlə danışmayın, yeməyə meyilliliyi azaldın, sosial şəbəkələrə yaxın durmayın, televizorun qarşısında maksimim bir komediya filmini izləyin. Əvəzində kitab oxuyun, ya da dəb jurnallarına baxın, şəkil çəkin, dibçəklərə qulluq edin. Bu orqanizmdə yenidən start üçün stimul verəcək.
  2. Yataqdan qalxırıq, bloknot götürüb düşünürük, axı nəyə görə depressiyadayıq və bu bizə lazımdırmı? Axı nədən qaçırıq ,ona görə ki, gücümüz tükənib? Bəs gücümüz hara qeyb olub? Bununla özümüz bacararaıqmı, ya psixoloqun dəstəyinə ehtiyacımız var. Əgər deprresiyanı yaradan problemlərin səbəbini və köklərini tapmasaq, bu hal tez-tez təkarlanacaq. Ən əsası bax budur.
  3. Yadımıza salaq ki, nəylə məşğul olmaq bizdə əhval-ruhiyyəni yaxşılaşdırır. At çapmaq, dağa çıxmaq, tennis oynamaq, üzmək dadlı tortla çay içmək, mağazaları gəzmək, alış-veriş etmək. Hər gün həyatımızda heç olmasa yaddaqalan bir hadisə olmalıdır.
  4. Özümüzü ələ alırıq və gəzintiyə çıxırıq, bacardıqca çox gəzirik. Mütləq gün ərzində təmiz havada və ən azı 1-2 saat oluruq.
  5. İdman zalına gedin. Hovuzda üzün və sekslə məşğul olun. Seks özü də gözəl məşqdir.
  6. Şok terapiyayla məşğul olun. Paraşütdən oppanın,  sal qayalara çıxın. Zirvənin sonunda qollarızı açıb havanı sevgiliniz kimi qucaqlayın ki, xoşbəxtlik hormonları sizi tərk etməsin.
  7. Dadlı yeməklər hazırlayın. Özü də təbiətin qucağında. Kabab şişlərini çevirərək yeyin, balıq ovlayıb bişirin. Dadlı şokoladla və ya moruq  əzməsiylə samovar çayı için. Həm də samovarı özünüz qaynadın. Meşənin dərinliyində odeyal üzərində uzanıb təbiəti dinləyin.
  8. Özünüzə baxın, səliqənizə əl gəzdirin. Günaşırı ətirli çiçəklərdən və ya dəniz duzundan  vanna edin. Əgər bunu sevdiyiniz insanla birlikdə etsəniz, faydası daha çox olar. Bu zaman bir-birinizi yüngülcə masaj da edin. Super əhval-ruhiyyə və “daloy” depressiya.
  9. Özünüzü danlamağı və qınaçağı yığışdırın. Nə uşaqların bağırtısına əsəbləşin, nə də həyat yoldaşınızın deyinmələrini ciddiyə almayın. Hər şeyi axarına buraxın.
  10. Gülümsəyin, ətrafa sevinc səsləriniz səpələnsin. Maraqlı filmləri sevdiklərinizlə izləyin. əlinizin altında mütləq partlamış qarğıdalı kasası olsun.

Gülnaz Qənbərli

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here