Ermənilər 6 ayda atəşkəsi 18 min dəfə pozublar- MÜDAFİƏ NAZİRLİYİ

3

“Ermənistan qoşunları atəşkəsi pozmaqla vəziyyəti daim gərgin saxlamağa çalışırlar”.

Newstime.az-ın xəbərinə görə,  bu haqda Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı belə deyib.

Nazirliyin rəsmisi xatırladıb ki, ermənilərin açdığı atəş nəticəsində dünən gecə 2 nəfər həyatını itirib, bir yaralı xəstəxanaya çatdırılıb, onun həyati təhlükəsi yoxdur.

“Bundan sonra ermənilər Azərbaycan ordusunun dinc əhalidən canlı qalxan kimi istifadə etməsi və guya bizim orada atəş nöqtəmiz olması ilə bağlı dezinformasiya yaymağa çalışırlar. Bu ittihamları, eləcə də Azərbaycan ordusunun ABŞ istehsalı olan silahlardan istifadə etməsiylə bağlı iddiaları rədd edirik”, – V.Dərgahlı vurğulayıb.

O bildirib ki, yanvar ayından bəri ermənilər atəşkəs rejimini təxminən 18000 dəfə pozublar. Nazirlik rəsmisinin sözlərinə görə, əsasən minaatanlardan və müxtəlif kalibrli digər iriçaplı silahlardan istifadə olunub.

Gülnaz Qənbərli

Newstime.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here