Gəncədə 4 yaşlı uşağın üzərinə qaynar su tökülüb

5

Gəncə şəhərində 4 yaşlı uşağın üzərinə qaynar su ilə dolu olan samovar aşıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami rayonu ərazisində baş verib.

Belə ki, şəhər sakini, 2013-cü il təvəllüdlü Abülfətli Abbas Ramin oğlunun üzərinə qaynar su ilə dolu olan samovar aşıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan uşaq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here