Həmsədrlər Əliyevlə Sarkisyanın görüşünü təklif etdilər

3

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Brüsseldəki görüşü ilə bağlı bəyanat yayıblar.

Trend təşkilatın saytına istinadən bildirir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland iyulun 11-də Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşüb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gələcək addımları müzakirə ediblər.

Bəyanatda deyilir ki, görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.

Nazirlər öz prezidentlərinə həmsədrlərin bu ilin sonunadək yüksək səviyyəli görüşün keçirilməsi ilə bağlı təklifini çatdırmağa razılıq verib. Həmsədrlər prezidentlərin görüşünün təşkilinə köməklərini təklif ediblər.

Bəyanatda həmçinin qeyd edilir ki, görüş zamanı təmas xəttindəki son vəziyyət də müzakirə edilib.

Bildirilir ki, nazirlər və həmsədrlər sentyabrda Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının 72-ci sessiyasının kuluarlarında yenidən görüşmək barədə razılaşıblar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here