Hərbi orkestrlərin nümunəvi çıxışları olacaq

7

Hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Newstime.az-a Müdafiə Nazirliyindən  verilən məlumata görə, Silahlı Qüvvələr Günü bayramı münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:

– Dənizkənarı Milli Parkda (Azadlıq meydanın qarşısındakı fəvvarələrin önündə);
– Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
– Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
– Zərifə Əliyeva parkında;
– Zabitlər parkında;
– Fəvvarələr meydanında.

Gülnaz Qənbərli

Newstime.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here