“Iran Air”ın ilk dəfə olaraq rəhbəri qadın təyin edildi

4

“Iran Air” aviaşirkətinin tarixində ilk dəfə olaraq rəhbər qadın olub. Trend-in məlumatına görə, 44 yaşlı Fərzanə Şərəfbafi bu vəzifədə Fərhad Pərvəreşi əvəz edib. Bundan sonra F.Pərvəreş İranı Monrealda Beynəlxalq Mülki Aviasiya Təşkilatında təmsil edəcəck.

Xanım rəhbərin kosmik-aviasiya sahəsində elmlər doktoru elmi dərəcəsi olduğu bildirilir. Bundan öncə, o, “Iran Air” tədqiqat departamentinə rəhbərlik edib, Hərbi Hava Akademiyasında dərs deyib.

Vəzifəyə təyin edilən F.Şərəfbafi əsas məqsədinin köhnəlmiş sərnişin təyyar bazasını yeniləşdirmək olduğunu bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here