Kubanda azərbaycanlı əsgərin qalıqları dəfn olundu

5

Rusiyanın Kuban vilayətinin Neşadimovski xutorunda Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlı əsgərin qalıqlarının dəfn mərasimi olub.

Virtualaz.org xəbər verir ki, əsgəri müharibə dövründə kənd sakinləri dəfn ediblər, ancaq onun üzərində sənədləri olmadığından adsız qəbirdə dəfn olunub. Bu il “Kuban hüdudu” könüllü dəstəsinin üzvləri Qırmızı Ordunun həmin əsgərinin kimliyini müəyyən ediblər. Məlum olub ki, o, Azərbaycan SSR-in sakini Abdul Kaydar oğlu Orucəliyevdir. Əsgərin qalıqlarının adsız məzardan çıxarılması və xutor məzarlığında yenidən dəfn olunması barədə qərar qəbul edilib. Dəfn mərasimi zamanı fəxri qarovul düzülüb, yaylım atəşi açılıb. Məzarın üstündə əsgərin adı yazılmış lövhə qoyulub. Azərbaycan Respublikasına əsgər Abdul Orucəliyevin dəfn olunduğu barədə rəsmi məlumat göndərilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here