Məşhur aktyorumuz avtobusda pis vəziyyətə düşdü (VİDEO)

4

Yumor ustası Fərda Xudaverdiyev bahalı avtomobilindən enib avtobusa minib.

“Xəzər Maqazin”in qonağı olan aktyor bu dəfə ictimai nəqliyyatdan istifadə edərək keçmişinə qayıdıb. Fərda ssenarilərini vaxtilə avtobuslarda yazdığını bildirib:

“Bütün ssenarilərimi avtobusda yazmışam. Evimizin yanından 2 nömrəli avtobus işləyirdi. Konduktordan başqa bütün işlərdə çalışmışam. Yəni, konduktor işinə düzəltsəydilər, onu da işləyərdim. Düzəltməyiblər, işləməmişəm. Qarpız satan adamam”.

F.Xudaverdiyev avtobusda gözləmədiyi vəziyyətlə üzləşib. Sərnişinlərdən birinin Fərdanı tanımaması aktyoru pis vəziyyətdə qoyub. “Sən Bakının harasında yaşayırsan? Səndən avtoqraf alacağam” deyən Fərda vəziyyətdən çıxış yolu kimi “Yəqin yaxşı dərs oxuyur, televizora baxmır, internetlə maraqlanmır” deyib.

/”Qaynarinfo”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here