Maliyyə naziri Azərbaycanın xarici borclarının artmasının SƏBƏBİNİ açıqladı

4

Azərbaycan Beynəlxalq Bankının xarici borclarının restrukturizasiyası ilə bağlı ölkənin xarici borcunun artması Azərbaycanın beynəlxalq reytinqinə təsir etməyəcək.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı deyib.

Maliyyə naziri bildirib: “Azərbaycan Beynəlxalq Bankının xarici borclarının restrukturizasiyası ilə bağlı hökumət 2,4 milyard dollar məbləğində istiqarzlar buraxmağı planlaşıdırır. Bu, ölkənin xarici borcunu artıracaq, lakin Azərbaycanın beynəlxalq reytinqinə mənfi təsir göstərməyəcək”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here