“Neptun” supermarketində güclü yanğın

3

Bakıda “Neptun” supermarketlərindən birində güclü yanğın baş verib.

APA-nın xəbərinə görə, yanğın “28 May” metrostansiyasının yaxınlığında, paytaxtın Şəmsi Bədəlbəyli küç. 102 ünvanında yerləşən mağazada baş verib. Oyuncaqlar satılan şöbədə başlayan yanğın nəticəsində supermarketin yanar konstruksiyaları 25-30 kv. m sahədə yanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüblər.

Hadisəyə səbəb kimi qısaqapanma göstərilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here