Nigar Camalla DYP arasındakı problem həll olundu- “MÖVZU İLƏ BAĞLI HEÇ BİR QURUMA ŞİKAYƏT ETMƏK FİKRİNDƏ DEYİLƏM”

3

“Eurovision 2011” qalibi Nigar Camal ilə Dövlət Yol Polisi İdarəsi arasında yaşayanan gərginlik sona çatıb. 

Newstime.az xəbər verir ki, bu haqda mətbuata müğənninin özü məlumat verib.

Nigar Camal idarədən ona zəng gəldiyini, problemin aradan qalxdığını bildirib: “Bu söhbətlərlə bağlı çox danışmaq istəmirəm. Çox məlumatlar çıxdı. İndi mən bunu yenidən şişirtməyə, dilimə gətirməyə ehtiyac duymuram. Artıq polislə danışmışıq, məsələ həll olundu. Mövzu ilə bağlı heç bir quruma şikayət etmək fikrində deyiləm”.

Qeyd edək ki, ötən gün sənətçi “DYP – axır zamanlar çox qudurublar” deyərək Dövlət Yol Polisi əməkdaşlarını sərt tənqid etmişdi.

İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov isə açıqlamasında mövsu ilə bağlı araşdırma aparıldığını bildirmişdi.

Newstime.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here