“Qarabağ”ın oyunundan çıxan azarkeşlər Bakı metrosunun vaqonunu yararsız hala saldılar

9

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda Çempionlar Liqasında ilk görüşünə çıxan Azərbaycan çempionu “Qarabağ” Gürcüstanın “Samtredia” klubunu 5:0 hesabı ilə məğlub edib. Oyundan sonra metroya üz tutan bəzi azarkeşlər qələbəni vaqonun kameralarını sındırmaqla qeyd ediblər.

Bu barədə virtualaz.org-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, azarkeşlər əllərində gətirdikləri bayraqların sapları ilə vaqona və videomüşahidə kameralarına zərər yetiriblər: “Bakı Metrosunun 1566 saylı vaqonuna azarkeşlər tərəfindən ziyan vurulub. Qatar “Həzi Aslanov” – “Dərnəgül” xəttində 30 saylı marşrut üzrə hərəkət edib. “Qarabağ” futbol klubunun oyunundan çıxıb “Gənclik” stansiyasında metroya minən bəzi sərnişinlər ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan büdcə vəsaiti hesabına alınan vaqonu yararsız hala salıblar. Əllərindəki bayraqların sapları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər”.

Hadisəni törədənlərin kimliyi məlum deyil.

Gülnar Əliyeva

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here