“Roma”nın yeni baş məşqçisi müəyyənləşdi

3

“Roma”nın yeni baş məşqçisi müəyyənləşib.

Paytaxt təmsilçisini bundan sonra Eusebio Di Françesko çalışdıracaq.

47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Di Françesko baş məşqçi vəzifəsində Luçano Spalettini əvəzləyib.

O, “Roma” üçün yad biri deyil. Belə ki, Eusebio 1997-2001-ci illərdə futbolçu kimi “canavarlar”ın şərəfini qoruyub.

Qeyd edək ki, Di Françeskonun rəhbərliyi altında ötən mövsüm “Sassuolo” Avroliqaya vəsiqə qazanmışdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here