Rusiyalıları iyulda da çətin hava şəraiti gözləyir

3

Rusiyalıları iyul ayında da təbii kataklizmlər – havanın temperaturunun aşağı düşməsi, güclü külək və yağıntılar gözləyir.

Trend-in məlumatına görə, bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov deyib.

O qeyd edib ki, iyun ayı RF ərazisində çətin və gərgin keçdi: “İyul ayına olan hava proqnozu da göstərir ki, bizdə kataklizmlər olacaq. Yenə də son dərəcə yüksək temperatur və ya temperaturun kəskin düşməsi, yüksək sürətli külək və güclü yağıntılar qeydə alına bilər”.

Qeyd edək ki, may və iyun aylarının sonlarında Moskvada güclü külək və yağıntılarla müşahidə olunan, bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən qasırğa qeydə alınmışdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here