“Toyota” “Tesla” ilə əməkdaşlığı dayandırıb

3

Yaponiyanın “Toyota” şirkəti 2010-cu ildə ABŞ-ın “Tesla” şirkətindən 40,5 milyon dollara aldığı 3,15 faizlik səhmlərini satıb və şirkətlə əməkdaşlığı dayandırıb.

AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, o vaxtdan “Toyota” şirkəti “Tesla” batareyaları ilə təchiz olunmuş idman avtomobilləri hazırlasa da, onların kütləvi istehsalı baş tutmayıb. Bu səbəbdən də səhmlərin satışına və əməkdaşlığın dayandırılmasına qərar verilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here