Trilyon-trilyon borcu olan ölkələr…

1

Dünya borc içində batır – ekspertlər vəziyyətin fəlakətə doğru getdiyini bildirir

Bu yaxınlarda iqtisadi analtiiklər dünya iqtisadiyyatının yeni borc fəalakətinə doğru getdiyi barədə məlumat yayıblar. Əsas problem mərkəzi bankların bazarı ucuz valyuta ilə doldurmaqdan qaçması, inkişaf edən ölkələrin isə əsas ixracat əmtəəsi sayılan xammalın olduqca aşağı qiymətə satılması ilə bağlıdır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi ağır borc yükünün dünyanın maliyyə sabitliyni təhdid etdiyini bildirib. Artıq dünya ölkələrinin 20%-dən çoxunun borcunun ÜDM-lə (ümumdaxili məhsul) nisbəti maksimal həddə çatır.

Doğrudur, son dövrlərdə dünya səviyyəsində ÜDM-in artması, transsərhəd ticarətin həcminin böyüməsi, xammal qiymətlərinin sabitləşməsinin qlobal makroiqtisadi göstəricilərə gətirib çıxarıb.

Bu isə suveren kredit (suveren borc- müstəqil dövlətlərin aldıqları borca deyilir. Adi hüquqi şəxsdən fərqli olaraq dövləti borcu geri qaytarmaq üçün hər hansı aktivi girov qoymağa, borcu məcburi vasitələrlə geri qaytarmağa məcbur etmək olmaz-red.). reytinqlərinin artmasına səbəb olub.

Lakin dünyanın ən böyük mərkəzi banklarının yumşaq pul-kredit siyasətindən vaz keçməsi neqativ nəticələri özü ilə bərabər gətirib.
Nə qədər qəribə olsa da, dövlət borcu məsələsində ən fəlakətli vəziyyət dünyanın inkişaf etmiş 3 ölkəsinə – ABŞ, Çin və Yaponiyaya məxsusdur.

Картинки по запросу Государственный долг

Xüsusilə, Çinin böyüməkdə olan korporativ borcları dünya iqtisadiyyatını təhlükə altında qoyan ən böyük təhdidlərdən biri olaraq dəyərləndirilir.

Davos forumunun ekspertlərinin hesablamalarına görə, Çinin borcları 2020-ci ildə 20 trilyon dollara yaxınlaşacaq.
Dünyanın ən qüdrətli dövləti ABŞ-da dövlət borcunun ÜDM-ə nisbəti 106,7% təşkil edir, borcun özü isə 19,9 trilyon dolları ötür.
Sentyabr ayında ABŞ yeni borc tavanını müyyən etməlidir. Bu halda dövlət borcunun 20 trilyona qədər yüksəlməsi gözlənilir.

Borcla bağlı problemlər dünyanın bir çox dövlətlərində hiss olunur. CIA World Factbook dünya ölkələrinin ÜDM-lərinin dövlət borcuna ən yüksək nisbəti olan ölkələrin siyahısını açıqlayıb.

1. Yaponiya-ÜDM-in 234%-i

Картинки по запросу japanese economy

İlk sıra dünyanın ikinci ən böyük iqtisadi qüdrətli dövlətinə məxsusdur. Yaponiya iqtisadiyyatının əsas problemi əhalinin sürətlə qocalması və bunun müqablində iqtisadi böyümə tempinn azalmasıdır.

2. Yunanıstan-ÜDM-in 181,6%

Картинки по запросу greek economic crisis

Bu ölkə 2010-cu ildən bu yana suveren borc böhranını yaşayır. Yunanıstan indi də ağır kredit yükündən qurtulmağa çalışsa da, beynəlxalq maliyyə təşkilatları daima ondan sərt iqtisadi tədbirlərin görülməsini tələb edir. Bu isə ölkə vətəndaşları arasında başa düşülmür. Yunanıstanı əsas bəlaya salan səbəblərdən biri isə onun 2004-cü il Olimpiya oyunları zamanı düşdüyü ağır maliyyə zərəridir.

3-4. Livan- 132,5%

Картинки по запросу lebanon economy

Livan hazırda dünyanın borc dalğasında boğulacaq dövlətlərin başında gəlir. Ölkənin ödəmə qabiliyyəti ekspertlər tərəfindən olduqca aşağı səviyyədə qiymətləndirilir.

3-4 İtaliya

Картинки по запросу italian economy

İtaliyanın borclanması Avropa Birliyində ikinci hesab edilir. İtaliya vahid avrovalyuta üçün ən böyük risk daşıyan ölkə sayılır. Bu səbəbdən bir çox iri banklar hazırda dövləin himayəsi altındadır. Mütəxəssislərin rəyinə görə, əgər İtaliya çöksə bu Yunnıstandan daha böyük dağıntılara gətirib çıxaracaq.

5. Yamayka-130,1%

Картинки по запросу jamaican economy

Karib dənizinin bu ada-dövləti dünyanın ən borclu məkanlarından sayılır. Ölkə daimi olaraq Beynəlxaq Valyuta Fondundan aldığı kreditlərlə dolanır.

6. Portuqaliya- 126,2%.

Картинки по запросу portugal economy

Avropa Birliyinin zəif bəndlərindən sayılan Portuqaliya son dünya böhranından hələ özünə gələ bilmir. Ölkədə sərt iqtisadi xilasetmə tədbir paketi tətbiq olunur.

7. Eritreya — 119,8%.

Картинки по запросу eritrean poverty

Bu kiçik Afrika ölkəsinin ÜDM-i cəmi 2,6 milyard dollar təşkil edir. Lakin bölgənin ən qeyri-sabit dövlətlərindən, habelə tüğyan edən korrupsiya və dövlət vəsaitlərini talama siyasətindən dolayı borc yükü hər il artmaqda davam edir.

8. Kabo-Verde-116,8%

Картинки по запросу

Afrikanın qərbində yerləşən və yəqin ki, bir çoxlarının adını ilk dəfə duyduğu bu portuqaldilli dövlət olduqca kiçikdir. Amma onun borcu boyuna görə deyil.

9. Sinqapur.

Картинки по запросу singapore economy

Cənubi-Şərqi Asiyanı ən inkişaf etmiş dövlətlərindən sayılan Sinqapurun dövlət borcunun ÜDM-ə olan nisbəti 110,5% təşkil edir.

10. Qrenada-110%

Картинки по запросу grenada

Karib dənizinin daha bir dövləti son illərdə bir neçə dəfə özünü müflis elan edib.

Musavat.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here