UEFA Superkubokunu “Real” qazandı

6

Makedoniyanın paytaxtı Skopyedə İspaniyanın “Real” və İngiltərənin “Mançester United” komandaları arasında keçirilən oyunda UEFA Superkubokunun qalibi müəyyən olunub.

Virtualaz.org bildirir ki, Bakı vaxtı ilə saat 23:45-də başlayan matçın 24-cü dəqiqəsində Madrid “Real”ının  futbolçusu Kasemiro hesabı açıb. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan madridlilər ikinci hissənin əvvəlində daha bir dəfə fərqləniblər. İsko matçın 52-ci dəqiqəsində hesabı iki topa çatdırıb. Oyunun 62-ci dəqiqəsində Lukaku hesab arasındakı fərqi minumuma endirib – 2:1. Oyunda başqa qol vurulmayıb.

Bununla da Madridin “Real” klubu tarixində dördüncü dəfə superkuboka sahib çıxıb.

Qeyd edək ki, 1972-ci ildən keçirilən Avropa Superkubokunu ən çox hərəsi beş dəfə olmaqla “Barselona” və “Milan” komandaları qazanıblar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here