Ukraynalı analitik: Mülki şəxslərin öldürülməsi separatizm və terrorizmdir

6

Mülki şəxslərin öldürülməsi separatizm və terrorizm əməlidir.

Trend-in məlumatına görə, bu barədə ukraynalı analitik Yuri Rayxelinin Ukraynanın tanınmış “Politeka.net” informasiya portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərc olunmuş məqaləsində bildirilir.

Məqalədə erməni silahlılarının açdığı atəş nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində biri uşaq olmaqla, Azərbaycanın iki mülki şəxsinin öldüyü qeyd olunur.

Müəllif yazır ki, Dağlıq Qarabağ probleminin həlli region və digər ölkələrin ticarət, iqtisadi əlaqələrinin inkişafına təsir edər: “Problemin həlli nəticəsində Cənubi Qafqaz ölkələrinin ticarət malları Xəzər və Qara dəniz vasitəsilə daşına bilər ki, bu da Ukrayna bazarına müsbət təsir edər. Ona görə də Dağlıq Qarabağ probleminin həlli Ukraynanın da maraqlarına xidmət edir”.

Analitik yazır ki, Cənubi Qafqaz strateji region olduğu üçün bura həmişə xarici dövlətlərin maraq dairəsində olub.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here