“Volvo” şirkəti şok qərara imza atdı — Benzin mühərrikləri tarixə çevrilir

7

Çinin “Geely Holding” şirkətinə məxsus “Volvo” bildirib ki, 2019-cu ildən şirkətin bütün yeni avtomobilləri elektrik mühərriki ilə təchiz ediləcək.

Şirkətin bəyanatında deyilir: “Bu tarixi qərardır. Çünki biz artıq təkcə daxili yanma mühərriki olan avtomobillər istehsal etməyəcəyik”.

2019-cu ildən şirkətin bütün yeni modelləri elektrik mühərriki ilə təchiz ediləcək. Onlardan bəziləri tam elektrik mühərriki ilə təchiz ediləcək. Digərlərində isə hibrid variantı nəzərdə tutulub. Şirkətdən bildirirlər ki, sadəcə daxili yanma mühərriki olan avtomobillər zaman keçdikcə assortimentdən yoxa çıxacaq.

“Volvo Cars” şirkətinin prezidenti Hokan Samuelson deyib: “Alıcılar daha çox elektromobil soruşurlar. Biz isə yaxın müddətdə müştəriləri məmnun etmək istəyirik”. (Ölkə.Az)

Hikmət

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here