XİN: Belarus Azərbaycanda dinc sakinlər arasında qurbanların olmasından təəssüfünü bildirir

4

Belarus Azərbaycanda dinc sakinlər arasında qurbanların olmasından təəssüfünü bildirir və həlak olanların yaxınlarına başsağlığı verir.

Bunu, Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Mironçikin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: “Qan tökülməsinin dayanmasına ümid edirik və bir daha ifadə edirik ki, bütün məsələlər danışıqlar masası arxasında dialoq yolu ilə həll edilməlidir”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here