Zirehli döyüş avtomobillərinin təmiri və texniki xidmət mərkəzinin açılışı olub

7

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin inkişaf etdirilməsi məqsədilə görülən fəaliyyətlər davam etdirilir.
Müdafiə Nazirliyinin rəhbərliyi müxtəlif təyinatlı təkərli zirehli döyüş vasitələrinin təmiri və texniki xidmət mərkəzinin açılışında iştirak edib.
Məruzə olunub ki, mərkəzdə Silahlı Qüvvələrin silahlanmasında olan döyüş texnikasının zirehli korpusu, avtomobil üzərindəki avadanlıq və silah sistemlərinə texniki qulluq göstəriləcək.
Mərkəzdə mütəxəssislər tərəfindən sürücülər, tuşlayıcılar, operatorlar və digər ixtisaslar üzrə şəxsi heyətin hazırlanması üçün bütün şərait yaradılıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov mərkəzdəki silah anbarı, laboratoriya, digər xidməti və inzibati otaqlarla tanış olub.
Mərkəzin fəaliyyəti ilə bağlı ətraflı brifinq təqdim olunduqdan sonra Müdafiə naziri onun fəaliyyətinin və imkanlarının artırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here